Bank Of Baku

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında İlham Əliyevin on illik fəaliyyətinə həsr olunan sərgi keçirilib

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında İlham Əliyevin on illik fəaliyyətinə həsr olunan sərgi keçirilib
# 07 oktyabr 2013 09:54 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. AMEA-nın Mərkəzi Elmi Kitabxanasında İlham Əliyevin on illik fəaliyyətinə həsr olunan “Böyük yolun davamçısı” adlı ədəbiyyat sərgisi açılıb. APA-nın xəbərinə görə, tədbirdə çıxış edən kitabxananın direktoru Aybəniz Əliyeva-Kəngərli İlham Əliyevin prezidentlik fəaliyyəti haqda danışıb.

 

Sərgidə İ. Əliyevin fəaliyyətinə həsr olunan ədəbiyyat sərgilənib. “İnkişaf məqsədimizdir” on cildlik kitabında Dağlıq Qarabağ məsələsinə dair ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatların rəhbərləri, nümayəndələri ilə görüşlər, ictimai-siyasi xadimlərlə söhbətlər və çıxışlar öz əksini tapıb. “Kaspiyskaya neft” kitabında Xəzər regionunda qədim vaxtlardan indiyədək siyasi və iqtisadi inkişaf tədqiq olunub.

 

Prezidentin həyat və fəaliyyətini əks etdirən “Siyasət zirvəsində”, 10 cildlik “İlham Əliyev bu günün və gələcəyin uğur faktorudur”, “Mən istənilən səviyyədə istənilən mübarizəyə hazıram”, “Strateq”, “Avanqard” və s. kitablar qonaqlara nümayiş etdirilib.

 

Sərgidə ümumən Azərbaycan, rus və xarici dillərdə 500-dən çox ədəbiyyat, virtual görüntülər, video filmlər və foto materiallar nümayiş olunub.

 

Sərgi 15 gün davam edəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR