Bank Of Baku

AMEA-nın Neft İnstitutu yaradılacaq

AMEA-nın Neft İnstitutu yaradılacaq
# 18 iyul 2013 09:12 (UTC +04:00)

Bakı. Ramil Məmmədli-APA. “Azərbaycan Milli Elmlər Akademiyasının Neft İnstitutu yaradılacaq”. APA-nın məlumatına görə, bu fikirləri  mətbuat konfransında AMEA-nın prezidenti Akif Əlizadə söyləyib. Akif Əlizadə AMEA-da Neft İnstitutunun yaradılmasının əhəmiyyəti haqda danışıb: “Azərbaycan neft diyarıdır, belə bir institut olmalıdır. Hazırda bu məsələyə Prezident Administrasiyasında baxılır”.


O bildirib ki, Azərbaycanda müasir Xəzər Mərkəzi də yaradılır: “Prezident İlham Əliyev bununla bağlı sərəncam verib, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və AMEA hazırda bu Mərkəzin yaradılması ilə məşğuldur”.

Akif Əlizadə AMEA-da şərqşünaslıq istiqamətində fəaliyyət göstərəcək qurumun yaradılması niyyətinin olduğunu da qeyd edib.

AMEA-nın prezidenti bu yaxınlarda akademiyanın institutlarına boş direktor yerlərinə müsabiqə barədə elan veriləcəyini bildirib: “İnstitutlara bacarıqlı alimlər rəhbərlik edəcək”.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR