APA-nın məlumatına görə, onun namizədliyini akademik Adilə Namazova irəli sürüb. A. Namazova deyib ki, A. Əlizadə bu vəzifəyə daha layiqlidir. İclasda başqa namizəd irəli sürülməyib.
Qeyd edək ki, AMEA prezidenti Akademiyanın həqiqi üzvləri tərəfindən seçiləcək.
Hazırda AMEA-nın illik ümumi yığıncağında fasilə elan olunub. Fasilədə AMEA-nın həqiqi üzvləri səsverməyə gedəcəklər.