Bank Of Baku

AMEA Geologiya İnstitutunun əməkdaşı Niderlandda təlim kursu keçib

AMEA Geologiya İnstitutunun əməkdaşı Niderlandda təlim kursu keçib
# 18 iyul 2013 08:01 (UTC +04:00)

Bakı. Könül Kamilqızı-APA. Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun gənc alimi Fuad Əliyev Şotlandiyanın Midland Valley Şirkətinin “MOVE” rəqəmsal proqram təminatının mənimsənilməsi üzrə təlim kursu keçib. AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Niderlandın Delft Universitetində təşkil olunmuş kurs iyulun 8-də başlayıb və 16-da bitib. Dərslər Haaqada yerləşən "4D GEO" Struktur Geologiya üzrə Məsləhət və Təlim Şirkətinin rəhbəri, fəlsəfə doktoru Armelle Klopenburq tərəfindən aparılıb. Proqram vasitəsi ilə yerin dərinlikləri, o cümlədən zəlzələ ocağı zonalarını 3D formatda modelləşdirmək, xəritələri və profil kəsilişlərini rəqəmsallaşdırmaq mümkündür. Kurs institutun Geotektonika və regional geologiya şöbəsinin təşəbbüsü, Azərbaycan Respublikası Prezidendi yanında Elmin İnkişafı Fondunun dəstəyi ilə həyata keçirilib. A. Klopenburq 2012-ci ilin dekabrında “MOVE” proqramı ilə bağlı dərsləri Geologiya İnstitutunda bir neçə gənc alimə keçib. Kursun yekununda "Move" programı vasitəsi ilə Böyük Qafqazın Azərbaycan ərazisinin geoloji mühitinin 3D modelini qurmaq nəzərdə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR