Bakı. Cavid Zeynalov – APA. AMEA Mərkəzi Elmi Kitabxanasına daxil olan yeni ədəbiyyatların sərgisi nümayiş etdirilir.
Kitabxananın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, AMEA Mərkəzi Elmi Kitabxanasına müxtəlif elm sahələri üzrə 500-dən çox ədəbiyyat daxil olub.
Kitabxanaya daxil olan ədəbiyyatlar Azərbaycan, rus və Avropa dillərindədir. Həmçinin burada ədəbiyyat, elm və təhsil, mədəniyyət, maarif, texnika və s. dair müxtəlif elm sahələrindən bəhs edən nəşrlər var.
Qeyd edək ki, yeni ədəbiyyat sərgisi mayın sonunadək nümayiş olunacaq.