Bakı. Gülnar Bəşirova - APA. Bu gün AMEA Mərkəzi Elmi Kitabxanasının Sərgi zalında 20 Yanvar hadisələrinin 24-cü ildönümünə həsr edilmiş " Müstəqillik uğrunda mübarizə-20 Yanvar" mövzusunda tədbir keçirilib.
APA-nın məlumatına görə, tədbirdə Mərkəzi Elmi Kitabxananın direktoru Aybəniz Əliyeva-Kəngərli həmin günün mahiyyətindən bəhs edən məruzə ilə çıxış edib.
Daha sonra tədbir iştirakçıları 20 Yanvar faciəsinə həsr edilmiş ədəbiyyat sərgisi ilə tanış olublar. Sərgidə, həmçinin 20 Yanvar faciəsini əks etdirən Azərbaycan, Rus, Qərbi Avropa və Şərq dillərində 250-dən artıq ədəbiyyat, sənədlər, fotoşəkillər, videomateriallar, virtual görüntülər nümayiş etdirilib.
Qeyd edək ki, sərgi 15 gün davam edəcək.