Bank Of Baku

AMEA Riyaziyyat və Mexanika İnstitutunda Elmi Şuranın iclası keçirilib

AMEA Riyaziyyat və Mexanika İnstitutunda Elmi Şuranın iclası keçirilib
# 13 fevral 2014 08:21 (UTC +04:00)

 

Bakı - APA. AMEA Riyaziyyat və Mexanika İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib.

 

AMEA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə gündəlikdə duran məsələlər müzakirə edilib, təklif və tövsiyələr səsləndirilib.

 

İclasda f-r. e. d. Varqa Kələntərova professor elmi adının verilməsi haqqında Azərbaycan prezidenti yanında Ali Attestasiya Komissiyası qarşısında vəsatət qaldırılması barədə qərar qəbul edilib. Bundan başqa, elmlər doktoru üzrə 4 nəfər, fəlsəfə doktoru üzrə isə 8 nəfər dissertanturaya qəbul edilib. Eyni zamanda Elmi Şura üzvləri institutun direktoru vəzifəsinə namizədlərini də irəli sürüblər.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR