Bank Of Baku

ARDNŞ prezidenti Bakı İstedadlar Təhsil Kompleksi və Bakı Fransız liseyində olub

ARDNŞ prezidenti Bakı İstedadlar Təhsil Kompleksi və Bakı Fransız liseyində olub
# 16 sentyabr 2013 08:30 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Bakı İstedadlar Təhsil Kompleksinin ibtidai məktəbində, Bakı Fransız liseyində tədris ilin başlaması münasibəti ilə tədbir keçirilib. Tədbirdə ARDNŞ-in prezidenti Rövnəq Abdullayev, şirkətin vitse-prezidentləri Xoşbəxt Yusifzadə, Xaliq Məmmədov, həmçinin şirkətin digər rəhbər işçiləri iştirak ediblər.

 

APA-Economics” xəbər verir ki, Bakı İstedadlar Təhsil Kompleksinin ibtidai təhsil məktəbinə baş çəkən Rövnəq Abdullayev sinifləri gəzərək, burada yaradılmış şəraitlə tanış olub. O bildirib ki, bütün dünyada məşhur olan ingilis məktəbləri tipində və Böyük Britaniya standartları çərçivəsində fəaliyyət göstərən təhsil ocağının yaradılması Azərbaycan neft kapitalının insan kapitalının çevrilməsinə dair həyata keçirdiyi mühüm addımdır: “Təhsil kompleksi ölkəmizdə təhsil sisteminin inkişafında yeni mərhələnin başlanğıcını qoyacaq”.

 

Qeyd edək ki, Bakı istedadlar təhsil kompleksi məktəbəqədər ibtidai və orta təhsil bölmələrindən ibarətdir. Bağça və məktəbəqədər tədris bölməsi ötən ilin noyabr ayında istifadəyə verilib. Hazırda burada 60 uşaq tərbiyə alır. Fəaliyyətə yeni başlayan təhsil bölməsində tədris beşillik olacaq. Britaniya və Azərbaycan proqramlarına uyğun aparılacaq tədris prosesində şagirdlər ingilis və Azərbaycan dillərini öyrənəcək. Bu dillərdə təhsil alacaq.

 

Hazırda hər sinifdə 16-18 şagird olmaqla, 4 ədəd birinci sinif, 4 ədəd ikinci sinif, 2 ədəd üçüncü sinif, 2 ədəd dördüncü sinif, 2 beş və 2 altıncı siniflər təşkil edilib. Kompleksdə ən müasir standartlara uyğun lazımi vəsaitlərlə təchiz olunub.

 

R. Abdullayev bildirib ki, Bakı İstedadlar Təhsil Kompleksi təkcə Bakıda deyil, Azərbaycanın bütün bölgələrində yaşayan istedadlı gəncləri özünə cəlb edəcək.

 

Bundan sonra ARDNŞ prezidenti Bakı Fransız liseyində olub. Bu tədris ocağı bu ilin iyun ayında Azərbaycan və Fransa arasında imzalanmış sazişə əsasən təsis olunub. Burada təhsil Fransanın milli tədris proqramına uyğun həyata keçiriləcək. Lisey uşaq bağçasında başlayaraq, 12 illik ümumtəhsil müəssisəsində tətbiq edilən klassik fransız tədris proqramı əsasında fəaliyyət göstərəcək. Bakı Fransız liseyi tam fəaliyyətə 2014-2015-ci tədris ilində başlayacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR