Bakı. Şamil Əlibəyli – APA. İyulun 20-dən avqustun 1-dək Ukraynanın Krım Muxtar Respublikasında ATƏT Gənclər Sammiti keçiriləcək. APA-nın ATƏT-in saytına istinadən verdiyi məlumata görə, sammit “Bizim fərqimiz bizim sərvətimizdir, bizim birliyimiz bizim gücümüzdür" şüarı altında keçəcək. Tədbirdə ATƏT-ə üzv olan ölkələri təmsil edən gənc nümayəndələr iştirak edəcək.
Tədbiri ATƏT-in fəaliyyətdə olan sədri, Ukraynanın xarici işlər naziri Leonid Kojara və ATƏT-in baş katibi Lamberto Zannier açacaqlar. Daha sonra onların iştirakı ilə mətbuat konfransı keçiriləcək.