Bank Of Baku

AVCİYA-nın təşkilatçılığı ilə 20 Yanvar - Ümumxalq Hüzn gününə həsr olunmuş dəyirmi masa keçirib

AVCİYA-nın təşkilatçılığı ilə 20 Yanvar - Ümumxalq Hüzn gününə həsr olunmuş dəyirmi masa keçirib
# 17 yanvar 2014 08:56 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Bu gün Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) təşkilatçılığı ilə 20 Yanvar - Ümumxalq Hüzn gününə həsr olunmuş dəyirmi masa keçirilib.

 

APA-nın məlumatına görə, dəyirmi masada ictimaiyyət nümayəndələri, ziyalılar, QHT təmsilçiləri iştirak ediblər.

 

Tədbirdə çıxış edən AVCİYA-nın vitse-prezidenti Vəli Əlibəyov 20 Yanvar faciəsi barədə ətraflı məlumat verib.

 

Dəyirmi masada çıxış edənlər 1980-ci illərin sonlarında yaranmış ictimai-siyasi vəziyyət və 20 Yanvar faciəsini doğuran səbəblərdən, 20 Yanvar faciəsinin Azərbaycan milli-azadlıq hərəkatında yeri və rolundan danışıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR