Bank Of Baku

Avropa ölkələrində orta təhsil alanların Azərbaycanda ali və orta ixtisas təhsili müəssisəsində təhsil almasının mümkünlüyünə aydınlıq gətirilib

Avropa ölkələrində orta təhsil alanların Azərbaycanda ali və orta ixtisas təhsili müəssisəsində təhsil almasının mümkünlüyünə aydınlıq gətirilib
# 20 avqust 2013 09:16 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Təhsil Nazirliyi Avropa ölkələrində orta təhsil alan şəxslərin Azərbaycanda hansısa ali və orta ixtisas təhsili müəssisəsində təhsil almasının mümkünlüyünə aydınlıq gətirib.

 

Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, Avropa ölkələrində orta təhsil alan şəxs Azərbaycanda hansısa ali və orta ixtisas təhsili müəssisəsinə sənəd vermək üçün ərizə ilə birlikdə təhsil sənədini Təhsil Nazirliyinə təqdim etməlidir.

 

Yalnız xaricdə verilən təhsil sənədin Azərbaycandakı müvafiq təhsil sənədinə ekvivalentliyi müəyyən edildikdən sonra həmin şəxs mövcud qaydada ali və ya orta ixtisas təhsili müəssisəsinə qəbul oluna bilər.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR