Bank Of Baku

Avropada doktorantura təhsili almağa göndəriləcək gənc alimlərin müəyyənləşdirilməsi məqsədilə müsabiqə elan edilib

Avropada doktorantura təhsili almağa göndəriləcək gənc alimlərin müəyyənləşdirilməsi məqsədilə müsabiqə elan edilib
# 25 iyul 2013 08:12 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Avropanın elmi mərkəzlərində doktorantura təhsili almağa göndəriləcək gənc alimlərin müəyyənləşdirilməsi məqsədilə müsabiqə elan edilib. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, prezident İlham Əliyevin “Azərbaycan Milli Elmlər Akademiyasının gənc alimlərinin Avropanın elmi mərkəzlərində doktorantura təhsilinin maliyyələşdirilməsi haqqında” Sərəncamın icrası ilə əlaqədar AMEA-da Müsabiqə Komissiyası yaradılıb və müsabiqə əsasında AMEA-nın elmi müəssisə və təşkilatlarından 14 nəfər gənc alim seçilərək Avropanın nüfuzlu elmi mərkəzlərinə doktoranturaya göndərilib.

 

AMEA Rəyasət Heyətinin 3 iyul tarixli qərarı ilə yeni təhsil ili üçün Avropanın elmi mərkəzlərinə elmlər doktoru proqramı üzrə doktoranturaya göndəriləcək gənc alimlərin müəyyənləşdirilməsi məqsədilə növbəti müsabiqə elan edilir.

 

Qeyd edək ki, sənəd qəbulu 1 sentyabr 2013-cü il tarixinədək davam edəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR