Bakı. Gülnar Bəşirova - APA. Gənclər və İdman naziri Azad Rəhimov oktyabrın 14-də Beyləqan rayonunda vətəndaş qəbulu keçiriləcək.
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, qəbulda Beyləqan, İmişli, Ağcabədi və Biləsuvar rayonlarının sakinləri iştirak edəcəklər.
Qəbul saat 11:00-da Beyləqan rayonu, Heydər Əliyev prospekti 3-də yerləşən Heydər Əliyev Mərkəzində başlayacaq.