Bank Of Baku

Azad Rəhimov Braziliyada səfərdədir - FOTO

Azad Rəhimov Braziliyada səfərdədir - <span style="color: red;">FOTO
# 25 aprel 2013 16:52 (UTC +04:00)

Bakı. Ramil Məmmədli – APA. Gənclər və idman naziri Azad Rəhimov Braziliyada rəsmi səfərdədir. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aprel 21-də başlayan səfərin növbəti günü A. Rəhimov Braziliya Federativ Respublikasının idman naziri Aldo Rebelo ilə görüşüb. Görüşdə idman sahəsində ikitərəfli əlaqələrin hazırkı vəziyyəti müzakirə edilib və bu sahədə əməkdaşlığın böyük potensiala malik olduğu vurğulanıb. Eyni zamanda,  Azərbaycanda uşaq futbolunun inkişafına dəstək məqsədilə müxtəlif qrup və komandalarla işləyən məşqçilərin Braziliyaya seminarlara göndərilməsi, futbol üzrə 2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatına könüllülərin hazırlanması proqramında azərbaycanlı gənclərin iştirak etməsi məsələləri də müzakirə olunub.

 

Görüşün sonunda Azərbaycan və Braziliya nazirlikləri arasında idman sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

 

Braziliya Paralimpiya Komitəsinin prezidenti Endryu Parsons ilə keçirilən görüşdə isə A. Rəhimov Azərbaycanda paralimpiya hərəkatı və bu sahəyə göstərilən diqqət barədə məlumat verib və iki ölkənin aidiyyatı komitələri arasında əməkdaşlıq perspektivləri müzakirə edilib.

 

Həmin gün nazir A. Rəhimov “TV Brasil” kanalına müsahibə verib. Aprelin 23-də nazir Braziliya xarici işlər nazirinin idman məsələləri üzrə müavini səfir Xadil da Roşa Vyana ilə görüşüb.

 

A. Rəhimov səfər zamanı Braziliya parlamentinin Deputatlar Palatasının Xarici Əlaqələr Komitəsinin prezidenti Nelson Pellegrino və həmin komitənin üzvü deputat Klaudio Kajado ilə də bir araya gəlib.

 

Görüşlərdə Azərbaycanın Braziliyadakı səfiri Elnur Sultanov da iştirak edib.

 

A. Rəhimovun Braziliya səfəri davam edir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR