Bank Of Baku

Azərbaycan-Avropa Məktəbinin şagirdləri Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində olublar

Azərbaycan-Avropa Məktəbinin şagirdləri Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində olublar
# 11 fevral 2014 12:55 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov –APA. Azərbaycan-Avropa məktəbinin bir qrup şagird və müəllimi Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində olub.

 

Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

Qonaqlar zabit və əsgərlərlə görüşüb, silahlar, zirehli texnika, həmçinin ordu həyatı ilə yaxından tanış olub. Onlar zirehli texnika, radiotexniki qoşunlar, zenit-artilleriya və zenit-raket kompleksləri siniflərində dərs məşğələlərində də iştirak edib.

 

Məktəblilər tank və piyadaların döyüş maşını məşq qurğuları ilə tanış olublar, müasir qurğular vasitəsilə zirehli texnikanı idarə etməyi yaxından izləyiblər. Şagirdlərə qurğu və avadanlıqlar barədə məlumat verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR