Bank Of Baku

Azərbaycan Dillər Universitetində ABŞ-ın Müstəqillik Gününə həsr olunmuş konsert keçirilib - FOTOSESSİYA

Azərbaycan Dillər Universitetində ABŞ-ın Müstəqillik Gününə həsr olunmuş konsert keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 06 iyul 2013 14:21 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva - APA. Bu gün Azərbaycan Dillər Universitetində (ADU) ABŞ-ın Müstəqillik Gününün 237-ci il dönümünə həsr olunmuş konsert keçirilib. APA-nın məlumatına görə, tədbirin açılış mərasimində çıxış edən universitetin rektoru Səməd Seyidov qeyd edib ki, Azərbaycan və ABŞ arasında münasibətlər yüksək səviyyədədir, iki ölkənin rəhbərliyi gələcəyə eyni istiqamətdə baxır və oxşar məqsədləri rəhbər tutaraq fəaliyyət göstərir. Rektor iki ölkə arasında sıx əməkdaşlığın bundan sonra da davam edəcəyinə əmin olduğunu vurğulayıb.

ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar isə öz növbəsində müstəqillik edəndən 237 sonra da ABŞ-ın demokratiyanın inkişafını davam etdirdiyini bildirib. Səfir Azərbaycanın müstəqillik qazanmasından sonrakı 20 ildə əldə olunmuş tərəqqini xüsusi qeyd edib. Onun sözlərinə görə, ABŞ Azərbaycanla əməkdaşlığa və ölkədə demokratik bazarın inkişaf etdirilməsi prinsiplərinə sadiqdir.

Daha sonra tədbirdə Amerikanın Azərbaycanda səfərdə olan tanınmış «Filligar» rok qrupu çıxış edib. Tədbirdə ABŞ-ın Azərbaycandakı səfirliyi, ADU-nun müəllim heyəti və tələbələri, həmçinin müxtəlif mübadilə proqramları çərçivəsində Bakıda olan amerikalı tələbələr iştirak ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR