Bank Of Baku

Azərbaycan Dövlət Aqrar Universitetinin yeni rektoru kollektivə təqdim edilib - VİDEO

Azərbaycan Dövlət Aqrar Universitetinin yeni rektoru kollektivə təqdim edilib - <span style="color: red;">VİDEO
# 26 iyul 2013 18:42 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Dövlət Aqrar Universitetinə rektor təyin edilən İbrahim Cəfərov kollektivə təqdim edilib. Təqdimat mərasimində kənd təsərrüfatı naziri İsmət Abbasov, şəhər icra hakimiyyəti başçısı Elmar Vəliyev və ictimaiyyət nümayəndələri iştirak edib. Elmar Vəliyev çıxış edərək bildirib ki, bu ilin fevral ayında prezidentin sərəncamı ilə universitetinin rektoru Mirdamət Sadıqov İsmayıllı rayonuna icra hakimiyyəti başçısı təyin edilib. Keçən altı ay ərzində təhsil ocağında rektorun səlahiyyətlərini prorektor İbrahim Cəfərovun icra etdiyini bildirən Elmar Vəliyev onun bacarıqlı bir rəhbər olduğunu bildirib.

 

“Aqrar Universitet bundan sonrada yüksək nailiyyətlər əldə edərək inkişaf etməlidir. Xarici ölkələrin aqrar universitetlərlə ilə əlaqələr yaradaraq təcrübə mübadilələri aparılmalıdır. Ən əsası da təhsil ocağında olan şəffaf mühit qorunub saxlanılmalıdır ”- deyə E. Vəliyev bildirib.

 

Kənd təsərrüfatı naziri İsmət Abbasov isə Aqrar Universitetin əhəmiyyətindən danışaraq bildirib ki, təhsil ocağı son dörd ildə sürətlə inkişaf edərək müasir səviyyədə təhsil verir. Nazir ərzaq təhlükəsizliyi baxımdan hazırda respublikada savadlı aqrar mütəxəssislərə böyük ehtiyacın olduğunu və bu istiqamətdə Aqrar Universitetin üzərinə böyük yük düşdüyünü bildirib.

 

Yeni təyin edilən rektor İbrahim Cəfərov isə ona göstərilən ümidləri doğruldacağına və Universitetdə təhsilin səviyyəsinin daha da yüksəldilməsi sahəsində çalışacağını bildirib.

 

Çıxış edən Universitet əməkdaşları təyinatın düzgün olduğunu, İbrahim Cəfərovun Aqrar Universitetin rektoru vəzifəsinə layiq olduğunu bildiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR