Bakı. Könül Kamilqızı – APA. Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) növbəti kadr dəyişikliyi olub.
ADİU-nin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, universitetin rektorunun imzaladığı əmrə əsasən Zülfüqar İbrahimli ali təhsil ocağının “Biznes inzibatçılığı” fakültəsinin dekanı vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Z. İbrahimli əvvəllər həmin fakültənin dekan müavini olub.