Bank Of Baku

Azərbaycan ərazisində havanın temperaturu düşəcək

Azərbaycan ərazisində havanın temperaturu düşəcək
# 08 iyul 2013 10:05 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında deyib ki, şimal-qərb küləyi, gecə və səhər arabir güclənəcək. Havanın temperaturu gecə 19-24 dərəcə, gündüz 28-33 dərəcə isti olacaq.

 

İyulun 10-da isə Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 19-23 dərəcə, gündüz 30-35 dərəcə isti olacaq.

 

İyulun 9 və 10-da Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, lakin gecə və axşam saatlarında Böyük və Kiçik Qafqazın bəzi ərazilərində şimşək çaxacağı, leysan xarakterli qısa müddətli yağış yağacağı ehtimal olunur. İyulun 9-da havanın temperaturu Aran rayonlarında gecə 19-24 dərəcə, gündüz 31-36 dərəcə, dağlarda gecə 11-16 dərəcə, gündüz 20-25 dərəcə isti olacaq.

 

İyulun 10-da isə havanın temperaturu Aran rayonlarında gecə 19-24 dərəcə, gündüz 32-37 dərəcə, dağlarda gecə 11-16 dərəcə, gündüz 22-27 dərəcə isti olacaq.

 

İyulun 11-dək Abşeron yarımadasında davamlı xəzri küləyinin əsməsi və iqlim normasına yaxın temperatur meteohəssas insanlar üçün əsasən əlverişlidir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR