Şimal-qərb küləyi, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, havanın temperaturunun gecə 17-22, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında sabah havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq rayonlarda qısa müddətli yağış yağacağı ehtimal olunur. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 18-23, gündüz 29-34, dağlarda gecə 8-13, gündüz 17-22 dərəcə isti olacağı gözlənilir.
Yaxın bir neçə gün ərzində respublikanın əksər rayonlarında qeyri-sabit hava şəraiti davam edəcək. Dağlıq və dağətəyi rayonlarda yağan yağışlar torpağın su ehtiyatını artıracaq. Kənd təsərrüfatı bitkilərinin inkişafını təmin edəcək. Aran rayonlarında gözlənilən əsasən yağmursuz hava şəraiti və temperaturun normaya yaxın olması pambıq bitkisinin və xammalın yetişməsi, yetişmiş meyvə və tərəvəz bitkilərinin yığımı üçün əlverişli olacaq.