Bakı. Rəşad Süleymanov – APA. Cari ilin birinci yarısında Azərbaycan gömrükçüləri tərəfindən cinayət tərkibli 144 qanun pozuntusu faktı aşkarlanıb. Bu barədə APA-ya Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Aşkarlanmış faktlardan 74-ü narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı olub. Ümumilikdə, gömrükçülər tərəfindən 62 962,8 qram narkotik maddə, 83,4 qram psixotrop maddə tutulub.
Bundan başqa, gömrükçülər tərəfindən 5 821 inzibati xəta faktları aşkarlanıb.