Bank Of Baku

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası: “Havanın temperaturu 41 dərəcədən çox olduqda iş dayanmalıdır”

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası: “Havanın temperaturu 41 dərəcədən çox olduqda iş dayanmalıdır”
# 16 iyul 2013 12:30 (UTC +04:00)

Bu açıqlamanı APA-ya Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK)-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nazim Ağamirov verib. O bildirib ki, xüsusən də açıq havada işləyən işçilərin belə isti havalarda çalışması təhlükəlidir: “Çünki qanunvericiliyə əsasən 41 dərəcə temperaturda işləməyə icazə verilmir”.

 

N. Ağamirov qeyd edib ki, qapalı yerlərdə çalışan işçilər isə belə temperaturda davamlı olaraq sərinləşdirici içkilərlə təmin olunmalı, o cümlədən əmək məkanı soyuducu vasitələrlə sərinləşdirilməlidir.

 

N. Ağamirov bildirib ki, AHİK-in işçilərin əmək şəraiti ilə bağlı monitorinqləri davam etdirir: “Təkcə belə hava şəraitində deyil, bütün il boyu işçilərin əmək şəraitinin öyrənilməsi üçün monitorinqlər aparılır. Həm Həmkarlar İttifaqları Konfederasiyasında, həm də konfederasiyaya üzv təşkilat olan sahə həmkarlar ittifaqlarında texniki əmək müfəttişləri və həmkarlar ittifaqı təşkilatı olan müəssisələrdə ictimai müvəkkillər institutu  fəaliyyət göstərir. Bu institut proqram üzrə müəssisələrdə, əməyin mühafizəsi və iş şəraitinin öyrənilməsinə dair monitorinqlər aparılır. Bu monitorinqlər çox zaman Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları ilə birgə həyata keçirilir. Sonda isə neqativ halların aradan qaldırılması üçün qurum rəhbərliyinə müraciət edilir”.    

 

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun məlumatına görə, sabah Azərbaycanda havanın temperaturu 42 dərəcəyə yüksələcək. 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR