Təhsil Nazirliyindən APA-nın sorğusuna verilən cavabda qeyd olunur ki, həmin əmrə uyğun olaraq, hazırda ümumtəhsil məktəblərində yaşı 65-i keçmiş 3200 müəllimlə əmək müqaviləsi bağlanıb.
Qeyd edək ki, ölkədəki qaydalara əsasən də müəyyənləşdirilmiş tələblər və meyarlar gözlənilməklə və tabeçilik üzrə idarəetmə orqanı rəhbərinin razılığı əsasında, 65 yaş həddinə çatmış müəllimlərin çalışmanın yaş həddi müəssisə rəhbərləri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Azərbaycanda hər tədris ilində 65 yaş həddinə çatmış 500 müəllim təqaüdə göndərilir.