Bank Of Baku

Azərbaycan Milli Məlumat Mərkəzi üçün “Lenovo Thinkstation” və “IBM” markalı avadanlıqlar sistemi alınıb

Azərbaycan Milli Məlumat Mərkəzi üçün “Lenovo Thinkstation” və “IBM” markalı avadanlıqlar sistemi alınıb
# 21 avqust 2013 16:45 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova-APA. Azərbaycan Milli Məlumat Mərkəzi  üçün ABŞ istehsalı olan “Lenovo Thinkstation” və “IBM” markalı avadanlıqlar sistemi alınıb. AMEA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yeni elektron sistem mərkəzdə geofiziki məlumatların təhlili üçün imkanları genişləndirəcək, CTBTO-nun Avstriyanın paytaxtı Vyanada yerləşən mərkəzi ofisi ilə əlaqəni texniki baxımdan daha da sürətləndirəcək. Yeni sistemin dəyəri 24 min avrodan çoxdur. Hazırda sistemin quraşdırılması mərhələli şəklində CTBTO-nun mərkəzi ofisinin mütəxəssisi Dale Roblin tərəfindən həyata keçirilir. Sistemin beynəlxalq şəbəkəyə qoşulması yaxın aylarda CTBTO-nun digər qrupu tərəfindən təmin ediləcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR