Bakı – APA-Economics. Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndə heyəti Türkiyəyə səfər edib.
Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, fevralın 18-dən 25-dək davam edəcək səfər zamanı nümayəndə heyəti Türkiyənin Ailə və Sosial Siyasət Nazirliyində görüşlər keçirəcək, qardaş ölkənin sosial yardım və müavinətlər sistemi, onun elektron məlumat idarəetmə sistemi ilə yaxından tanış olacaq.
Eyni zamanda ahıllara sosial xidmət, sosial təhlükəli vəziyyətdə olan uşaqların baxımsızlığının profilaktikası, onların, həmçinin əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial reabilitasiyası, ahıllar və əlilliyi olan şəxslərə sosial xidmət sahəsində Türkiyə təcrübəsi öyrəniləcək.