İsmayıllıda bədbəxt hadisə baş verib.
APA-nın Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Talıstan kəndində qeydə alınıb. Belə ki, Babək rayon sakini 2020-ci il təvəllüdlü oğlan uşağı istirahət üçün gəldikləri Talıstan kəndindəki evin həyətində yerləşən hovuzda üzərkən boğulub.
Faktla bağlı araşdırma aparılır.