Şərqdə və Qərbdə yerləşən tərəfdaşlarımızla münasibətlərimiz çox yüksək səviyyədədir.
APA xəbər verir ki, bunu Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda bildirib.
“Şərqdə və Qərbdə yerləşən tərəfdaşlarımızla münasibətlərimiz çox yüksək səviyyədədir. Söhbət istər Mərkəzi Asiya ölkələrindən, istərsə də Gürcüstan, Türkiyə və Avropa kimi yaxın tərəfdaşlarımızdan gedir. Bütün bunları bir-biri ilə əlaqələndirmək üçün isə dəhlizin səmərəli fəaliyyətini təmin edəcək çoxsaylı addımlar atmalı olduq”, - dövlət başçısı qeyd edib.