Bakı. Könül Kamilqızı - APA. Bakıda 17-18 may tarixlərində Azərbaycan Travmotoloq və ortopedlərinin I qurultayı keçiriləcək. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Azərbaycan travmatoloqlar və ortopedlərin I Qurultayının əsas məqsədi ölkədə bu sahə üzrə vəziyyəti təhlil edərək bu günün kadr potensialını bütün ölkə ərazisində səmərəli istifadə edərək vətəndaşlara yüksək səviyyəli ixtisaslaşmış yardımı yalnız paytaxtda, böyük şəhərlərdə deyil, həmçinin bölgələrdə də təşkil etməkdir. Bu səbəbdən Gəncə, Sumqayıt, Lənkəran, Naxçıvan MR və digər regionlarda çalışan travmatoloq ortopedlərin bölgələrdəki vəziyyət və çatlamazlıqlarla bağlı məruzələri dinləniləcək. Qurultayda ölkədə çalışan mütəxəssislərin uğur və problemləri, yeni formalaşan rezidentura təhsil sisteminin təşkili və inkişaf yollarının müzakirəsi haqda ətraflı müzakirələr aparılacaq və gələcək inkişaf yolunu müəyyənləşdirək.
Məlumatda qeyd olunub ki, Azərbaycanda keçən əsrin əvvəllərindən formalaşmağa başlayan travmatologiya və ortopediya ixtisası böyük yol keçib və hazırda beynəlxalq standartlara uyğunlaşma tendensiyalarını yaşayır. Son onillikdə ölkə başçısı İlham Əliyevin səhiyyəyə göstərdiyi qayğı nəticəsində 500-dən artıq tibb ocaqları tikilib və ya yenidən qurularaq ən müasir avadanlıqla təchiz edilib. Hazırda ən ucqar bölgələrdə belə mürəkkəb əməliyyatları həyata keçirmək imkanı yaranıb. Azərbaycanda 100-dən artıq əsasən Türkiyə və digər ölkələrdə rezidentura (təhsilini)bitirmiş istedadlı mütəxəssislər çalışır və innovasion texnologiyaların tətbiqi sahəsində mühüm işlər görür.