Bakı. Aynur Əliyeva – APA-Economics. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Dünya Bankının (DB) Azərbaycan üzrə meneceri Larisa Lesçenkonu qəbul edib. Nazirliyin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, görüşdə S.Müslümov DB ilə birgə icra olunan «Sosial müdafiənin inkişafı Layihəsi»nin işsiz və işaxtaran vətəndaşlara, eləcə də əhalinin sosial cəhətdən həssas qruplarına göstərilən xidmətlərin təkmilləşdirilməsində, əmək hüquqlarının təminatına dövlət nəzarətinin maddi-texniki və institusional potensialının artırılmasında mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
Layihə çərçivəsində aktiv əmək bazarı proqramlarının düzgün idarə olunması üçün informasiya və idarəetmə sisteminin yaradıldığını,
Nazir qarşıdakı dövrdə əməkdaşlığın əhaliyə xidmət sektorlarında, o cümlədən sosial yardım və əlillik təyinatı sahələrində şəffaflıq və ünvanlılığa xidmət edən və qabaqcıl dünya təcrübəsinə uyğun sivil metodların tətbiqi istiqamətində də davam etdirilməsinin məqsədəuyğun olduğunu vurğulayıb.
Görüşdə layihənin icrası sahəsində mövcud vəziyyət nəzərdən keçirilib, əldə olunmuş nəticələr və qarşıda duran vəzifələrlə bağlı fikir mübadiləsi aparılıb.