Bank Of Baku

Azərbaycan və İranın gənclər və idman nazirləri arasında görüş keçirilib - APA TV

Azərbaycan və İranın gənclər və idman nazirləri arasında görüş keçirilib - <span style="color: red;">APA TV
# 10 iyul 2013 10:57 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. Azərbaycanda səfərdə olan İranın gənclər və idman naziri Məhəmməd Abbasi ilə Azərbaycanın idman və gənclər naziri Azad Rəhimov arasında görüş keçirilib. APA-nın məlumatına görə, görüş zamanı “İran İslam Respublikası Milli Gənclər Təşkilatı və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumunun” müddəalarının həyata keçirilməsi, Azərbaycanla İran arasında gənclər və idman sahələrindəki əməkdaşlığın indiki vəziyyəti və gələcək perspektivləri müzakirə olunub.

 

Azərbaycanda baş tutacaq idman yarışmaları, ölkədə həyata keçirilən idmanla bağlı tədbirlər haqda qonağı məlumatlandıran A. Rəhimov bildirib ki, ölkə əhalisinin 66 faizi yaşı 35-dən aşağı olan gənclərdən ibarətdir, gənclərlə bağlı 220 QHT fəaliyyət göstərir, Gənclər Fondu yaradılıb: “İki ölkə arasında bu sahədə mübadilə aparılması vacibdir”.

 

İranlı qonaq isə deyib ki gənclər məsələsi xüsusi diqqət tələb edən məsələdir. Həm İranda, həm Azərbaycanda çoxlu gənclər təşkilatlarının olması hər iki ölkənin gənclər sahəsinə önəm verdiyinin göstəricisidir. 

 

Daha sonra iki ölkənin nazirlikləri arasında 2013-2014-cü illər üçün İcraiyyə Planı imzalanıb. Sənədə görə, hər iki ölkədə idmanla bağlı müvafiq tədbirlər keçiriləcək, bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün addımlar atılacaq.

 

Qeyd edək ki, səfər çərçivəsində nazir Məhəmməd Abbasi Azərbaycandakı idman mərkəzlərinin fəaliyyəti ilə də tanış olacaq.

 

Səfər iyulun 11-də başa çatacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR