Bank Of Baku

Azərbaycanda 1920-ci ildən müdafiə olunan dissertasiyaların biblioqrafik göstəriciləri hazırlanır

Azərbaycanda 1920-ci ildən müdafiə olunan dissertasiyaların biblioqrafik göstəriciləri hazırlanır
# 07 fevral 2013 15:23 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva - APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası 1920-ci ildən sonra çap olunan dissertasiyaların biblioqrafik göstəricilərini çap etməyə başlayıb. Bu barədə APA-ya Kitabxananın direktoru Aybəniz Əliyeva-Kəngərli bildirib.

 

Onun sözlərinə görə, artıq 2007-ci ilə qədər olan dövr kitab şəklində çap edilib və xüsusi elektron baza yaradılıb.

 

Hazırda kitabxananın fondunda dünyanın 50 dilində 4 milyona yaxın kitab var. Mərkəzi Elmi Kitabxana ötən əsrin 30-cu illərindən beynəlxalq kitab mübadiləsi ilə məşğul olur. Hazırda kitabxana dünyanın 600-dən artıq ölkəsi və 1000-dən çox təşkilatı ilə beynəlxalq kitab mübadiləsi edir.

 

A.Əliyeva-Kəngərli deyib ki, bu il ərzində Mərkəzi Elmi Kitabxana yeni binaya köçəcək: “Dünya standartlarına cavab verən yeni kitabxanada akademik və doktorantlar üçün xüsusi oxu zalları olacaq. Yeni evlənən, uşaqları hələ balaca olan doktorantlar üçün kitabxanada lazımi şərait yaradılacaq. Kitabxananın ayrıca uşaq otaqları olacaq, burada uşaqlar həm maariflənəcəklər, həm də doktorantlar rahat şəkildə elmlə məşğul ola biləcəklər. Kitabxanada ayrıca bərbər xidməti də yaradılacaq. Dünya kitabxanalarında belə ənənə var”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR