Bakı. Kəmalə Quliyeva - APA. Azərbaycan Nazirlər Kabineti “Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı"nda dəyişikliklər edib.
NK-dan APA-ya verilən xəbərə görə, dəyişiklik "Azərbaycan Respublikası hökuməti və Amerika Birləşmiş Ştatlarının "Uşaqların Xilası" (Save the Children) Təşkilatı arasında Uşaq və Ailələrə Dəstək mərkəzlərinin təhvili haqqında Saziş"in təsdiq edilməsi barədə ölkə prezidentinin sərəncamına əsasən edilib.
Dəyişikliyə əsasən, 9 rayonda - Ağdam, Sabirabad, Zaqatala, İsmayıllı, Qəbələ, Göygöl, Zərdab, Saatlı, Hacıqabulda Uşaq və Ailələrə Dəstək Mərkəzi yaradılıb.