Bank Of Baku

Azərbaycanda “Geoloji tariximizə nəzər” adlı kitab nəşr olunub

Azərbaycanda “Geoloji tariximizə nəzər” adlı kitab nəşr olunub
# 17 iyul 2013 09:33 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Azərbaycanın geologiya elmi tarixində ilk elmi kitab işıq üzü görüb. “Geoloji tariximizə nəzər” adlı elmi kitabın müəllifi, AMEA-nın Geologiya İnstitutunun şöbə müdiri, professor Hikmət Mahmudovun  APA-ya verdiyi məlumata görə, kitab Azərbaycan geologiya elmi tarixində yeganə kitabdır:

 

“Kitabda Yerin, Günəşin əmələ gəlməsi, Yerdə gedən proseslər və s. məsələlər əks olunub. Eyni zamanda Geologiya elminin müxtəlif sahələri işıqlandırılıb. Bu kitabı yazmağımda əsas məqsəd Azərbaycan ərazisində yaranan dağların, düzənliklərin və bu sahələrdə əmələ gələn süxur qatlarının yaranma səbəbləri barədə oxuculara düzgün və dolğun məlumat verməkdir”.

Hikmət Mahmudov bildirib ki, bu sahədə indiyədək dərslik olmadığından ali məktəb tələbələri bir sıra çətinliklərlə üz-üzə qalıblar: “Dövlət Neft Akademiyasından, Bakı Dövlət Universitetindən tələbələr müraciət edirlər ki, kitabı əldə etmək istəyirik. İndiyə qədər bu elm sahəsi üzrə təhsil alan tələbələrə müxtəlif məqalələr, tezislər əsasında dərs keçirdilər. Düzdür, kitabı hələ satışa çıxara bilməmişəm, amma bütün kitabxanalara, elmi institutlara göndəriləcək ki, bu sahədə təhsil alan, tədqiqat aparan insanlar istifadə edə bilsinlər”.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR