Bank Of Baku

Azərbaycanda ailə başçısını itirməyə və əlilliyə görə pensiyaların təyinatı avtomatlaşdırılacaq

Azərbaycanda ailə başçısını itirməyə və əlilliyə görə pensiyaların təyinatı avtomatlaşdırılacaq
# 11 iyul 2013 09:19 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Azərbaycanda ailə başçısını itirməyə və əlilliyə görə pensiyaların avtomatlaşdırılmış təyinatına keçiləcək.

 

APA-Economics”in məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov bəyan edib.

 

Onun sözlərinə görə, bu sistemin reallaşdırılması gələcək üçün nəzərdə tutulub: “Gələcəkdə müəyyən müvafiq orqanlar tərəfindən avtomatlaşdırılmış baza formalaşdıqdan, eləcə də ailələrin üzvləri haqda məlumatlar toplandıqdan sonra qeyd etdiyim kateqoriyalar üzrə pensiyaların avtomatlaşdırılmış təyinatına keçməyi düşünürük”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR