Bank Of Baku

Azərbaycanda ali məktəblərin magistraturalarının boş qalan plan yerlərinə müsabiqənin nəticələri məlumdur

Azərbaycanda ali məktəblərin magistraturalarının boş qalan plan yerlərinə müsabiqənin nəticələri məlumdur
# 14 avqust 2013 14:56 (UTC +04:00)

TQDK-nin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, bakalavrlar qəbulun nəticələrini iş nömrələrini 7727 nömrəsinə göndərməklə də öyrənə biləcəklər.

 

Magistraturanın boş qalan plan yerlərinə qəbul olmaq üçün 1539 bakalavr müraciət edib. Müsabiqə nəticəsində onlardan 643 nəfər magistratura səviyyəsi üzrə təhsil almaq hüququ qazanıb. Qəbul olan bakalavrların siyahısı avqustun 15-də “Magistr” jurnalının 7-ci sayında dərc olunacaq.

 

Ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə qəbul olanlar 2013-cü il avqustun 19-dan 28-dək sənədlərini qəbul olduqları təhsil müəssisəsinə təqdim edərək qeydiyyatdan keçməlidirlər. Həmin müddətdə qeydiyyatdan keçməmək bakalavrın müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali təhsil müəssisəsinə göndərilməyəcək.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR