Bank Of Baku

Azərbaycanda baş vermiş ana ölümü faktı ilə bağlı cinayət işi başlanıb

Azərbaycanda baş vermiş ana ölümü faktı ilə bağlı cinayət işi başlanıb
# 27 iyun 2013 07:24 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Respublika Perinatal Mərkəzində qeysəriyyə əməliyyatı zamanı xəstə Hüseynova Maral Ümidvar qızının ölüm faktı ilə bağlı cinayət işi başlanılıb.

 

Vəkil Cavad Cavadlının APA-ya verdiyi xəbərə görə, həmin işlə bağlı məhkəmə tibb ekspertizası keçirilib. Ekspertizanın rəyinə əsasən ölüm faktı həkimin səhlənkarlığı nəticəsində baş verib. Həmin işlə bağlı Xətai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

 

Araşdırma davam etdirilir.

 

Qeyd edək ki, bu il mayın 14-də Respublika Perinatal Mərkəzində ana və uşaq ölümü faktı qeydə alınıb.

 

1986-cı il təvəllüdlü Hüseynova Maral Ümidvar qızı əməliyyat zamanı vəfat edib. M. Fətəliyevanın dayısı Etibar Fətəliyev APA-ya açıqlamasında deyib ki, üçüncü dəfə ana olmağa hazırlaşan Maral 5 aylıq hamilə olub.

 

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən isə APA-ya bildirilib ki, NZS qəsəbə sakini, 26 yaşlı Maral Hüseynova əvvəllər də doğuş zamanı iki dəfə əməliyyat keçirib, uşaqlığında 2 çat olub. Mayın 14-də vəziyyəti ağırlaşdığından dərhal əməliyyata götürülüb. Görülən tədbirlərə baxmayaraq, ananı xilas etmək mümkün olmayıb. Ananın diaqnozu fəsadlaşmış mamalıq anemnizidir. Hadisə ilə bağlı iş tibbi ekspertizaya verilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR