Bank Of Baku

ABŞ Senatı Pentaqonun 1,15 trilyon dollarlıq büdcə layihəsini dəstəkləməyib

ABŞ Senatı Pentaqonun 1,15 trilyon dollarlıq büdcə layihəsini dəstəkləməyib
# 15 iyul 2026 01:40 (UTC +04:00)

ABŞ Senatı 2027-ci maliyyə ili üçün müdafiə xərclərinə 1,15 trilyon dollar ayrılmasını nəzərdə tutan qanun layihəsini prosedur səsverməsində dəstəkləməyib.

Bu barədə "C-SPAN" məlumat yayıb.

Sənədin lehinə 50, əleyhinə isə 46 senator səs verib. Qanun layihəsinin növbəti mərhələyə keçməsi üçün ən azı 60 səs tələb olunur.

Müxalif Demokratlar Partiyasının nümayəndələri ABŞ ilə İran arasında hərbi əməliyyatların yenidən başlanmasını əsas gətirərək layihəni dəstəkləməyəcəklərini bildiriblər.

Qeyd edək ki, Pentaqonun illik büdcəsi ilə bağlı qanun layihələri adətən ABŞ-ın hər iki əsas siyasi partiyasının dəstəyini alır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR