Bank Of Baku

Azərbaycanda başqasının torpağını özbaşına tutanların cəzaları sərtləşdirilir

Azərbaycanda başqasının torpağını özbaşına tutanların cəzaları sərtləşdirilir
# 24 aprel 2013 13:42 (UTC +04:00)

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı Cinayət Məcəlləsinin 188-ci maddəsinə dəyişiklik ediləcək.

 

Dəyişikliyə əsasən, torpaq üzərində qanunla müəyyən edilmiş mülkiyyət hüququnu pozma, yəni torpaq sahəsini özbaşına tutma, dəyişdirmə və ya becərmə 100 manatdan 500 manatadək miqdarda cərimə və ya 240 saatdan 400 saatadək ictimai işlər və ya 1 ilədək müddətə islah işləri ilə cəzalandırılır. Qanunun hazırda mövcud olan variantında isə qeyd olunan əmələ görə 200 saatadək ictimai işlər nəzərdə tutulur.

 

Layihə Milli Məclisin 30 aprel iclasında müzakirəyə çıxarılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR