Bank Of Baku

Azərbaycanda doktorantların və gənc tədqiqatçıların XVIII respublika elmi konfransı keçiriləcək

Azərbaycanda doktorantların və gənc tədqiqatçıların XVIII respublika elmi konfransı keçiriləcək
# 11 oktyabr 2013 07:51 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Təhsil naziri Mikayıl Cabbarov doktorantların və gənc tədqiqatçıların XVIII respublika elmi konfransının keçirilməsi barədə əmr imzalayıb. Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, əmrə əsasən Doktorantların və gənc tədqiqatçıların XVIII Respublika elmi konfransının 19-20 dekabr tarixlərində Azərbaycan Dillər Universitetində keçirilməsi qərara alınıb. Konfransın işi Təhsil Nazirliyinin əmri ilə təsdiq edilmiş “Doktorantların və gənc tədqiqatçıların Respublika elmi konfransının Əsasnaməsi”nə uyğun olaraq təşkil ediləcək.

 

Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov konfransın yüksək səviyyədə təşkilini və materiallarının nəşrini, ali  təhsil müəssisələrinin rektorları ciddi elmi nəticələri olan doktorant və gənc tədqiqatçıların məruzə tezislərinin seçilməsini və 15 noyabr tarixinədək Azərbaycan Dillər Universitetinə təqdim edilməsini təmin etməlidirlər. Konfransın işinə, proqram və materiallarının nəşrə hazırlanmasına nəzarət Elm, ali və orta ixtisas təhsil şöbəsinin müdiri Gültəkin Hüseynovaya, əmrin icrasına nəzarət təhsil nazirinin müavini Ceyhun Bayramova həvalə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR