Bank Of Baku

Azərbaycanda doktoranturaya qəbulun vaxtı açıqlanıb

Azərbaycanda doktoranturaya qəbulun vaxtı açıqlanıb
# 25 iyul 2013 14:29 (UTC +04:00)

APA-nın xəbərinə görə, Təhsil Nazirliyinin rəsmi Facebook səhifəsində vətəndaşların sualları cavablandırılarkən qeyd olunub ki, qəbul planı və qəbul qaydaları haqqında məlumat sentyabr ayında KİV-də elan olunacaq.

 

Bildirilib ki, “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”na uyğun olaraq fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsili olan (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan, tibbi təhsildə isə həkim və həkim-mütəxəssis) Azərbaycan Respublikasının vətəndaşları müsabiqə əsasında qəbul olunurlar. Fəlsəfə doktoru proqramı üzrə doktorantura təhsilinə dair sənəd - “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları” - Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR