Bu, 2013-cü illə müqayisədə 16,3 milyon manat və yaxud 12,5 faiz, 2012-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə isə 30,1 milyon manat və ya 25,8 faiz çoxdur.
APA-nın məlumatına görə, bu barədə gələn ilin Dövlət Büdcəsi layihəsində qeyd olunub. 2014-cü ildə elm xərclərində əmək haqqı sisteminin təkmilləşdirilməsi, pensiya təminatının yaxşılaşdırılması və digər tədbirlərin maliyyələşdirilməsi ilə bağlı 3,5 mln manat, elmi-tədqiqat layihələrinin Elmin İnkişafı Fondu vasitəsilə həyata keçirilməsi üçün 8 mln manat, latın qrafikalı kitabların çap edilməsi üçün 5 mln manat, AMEA-nın elmi obyektlərinin qurulması və əsaslı təmiri üçün 3 mln manat, elmi-tədqiqat müəssisələrinin maddi-texniki təminatının yaxşılaşdırılması və müasir laboratoriya avadanlıqların alınması üçün 5 mln manat vəsait ayrılması nəzərdə tutulub.
2014-cü ilin dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu xərclərində də elmi təyinatlı infrastrukturlara aid olan investisiya layihələri üzrə müvafiq məbləğdə vəsait ayrılması gözlənilir.