Bank Of Baku

Azərbaycanda ərazisində sərin hava şəraiti davam edəcək

Azərbaycanda ərazisində sərin hava şəraiti davam edəcək
# 25 iyul 2013 09:27 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında deyib ki, iyulun 26-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gecə və səhər arabir güclənəcək. Havanın temperaturu gecə 19-24 dərəcə, gündüz 27-32 dərəcə isti olacaq.

 

Azərbaycanın rayonlarına gecə və axşam şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir güclənən qərb küləyi əsəcək. Temperatur Aran rayonlarında gecə 19-24 dərəcə, gündüz 30-34, dağlarda gecə 11-16 dərəcə, gündüz 18-23 dərəcə isti olacaq.

 

Yaxın 2 gündə Abşeron yarımadasında xəzri küləyinin üstünlüyü, eyni zamanda nisbətən sərin hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR