Bank Of Baku

Azərbaycanda fəlsəfə doktorlarının orta yaş həddi 29-32-dir

Azərbaycanda fəlsəfə doktorlarının orta yaş həddi 29-32-dir
# 10 iyul 2013 13:36 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycan Ali Attestasiya Komissiyasının məlumatına əsasən, son illər müdafiə etmiş fəlsəfə doktorlarının orta yaş həddi 29-32 olub.

 

APA-nın xəbərinə görə, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Gənclərin İntellektual İnkişaf Mərkəzinin (GİİM) direktoru İlqar Orucov bunu çox müsbət hal kimi qiymətləndirib.

 

Onun sözlərinə görə, gənc alimlərin elmdə çox aktiv iştirakı ölkənin perspektiv inkişafına müsbət təsir edəcək: “Ölkədə elmi tədqiqat işlərini müdafiə edənlər arasında gənclərin sayı artır. Amma müşahidələr göstərir ki, gənclər texniki elm sahələrinə az maraq göstərirlər. Dissertantura və doktoranturaya sənəd verənlərin böyük əksəriyyəti humanitar və ictimai elmlərdə təhsil almağa üstünlük verir. İnanırıq ki, ölkədə məqsədli dövlət proqramlarının qəbul edilməsi və onların icrası problemlərin mərhələ-mərhələ, ardıcıl həll edilməsinə imkan verəcək”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR