Bakı. Aynur Əliyeva – APA-Economics. Azərbaycanda bu ilin yanvar-iyun ayları ərzində fərdi şəxsi hesaba malik sığortaolunanların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,2% artıb. Bu barədə «APA-Economics»ə Dövlət Sosial Müdafiə Fondunun (D
Belə ki, 2013-cü ilin ilk yarısında DSMF tərəfindən əlavə olaraq 315 512 sığortaolunana fərdi şəxsi hesab açılaraq sosial sığorta şəhadətnamələri paylanılıb.
Bundan başqa, 2013-cü il iyulun 1-i tarixinə olan statistikaya əsasən, Azərbaycanda fərdi şəxsi hesaba malik sığortaolunanların sayı ümumilikdə 2 581 586 nəfər təşkil edib ki, onların 58,6%-i kişi, 41,4%-i qadındır.
Qeyd edək ki, fərdi şəxsi hesabı olanlar arasında 30-40 yaş aralığında sığortaolunanlar nisbətən üstünlük təşkil edir. Göstərilən yaş kateqoriyalarına aid olan vətəndaşlar ümumi sığortaolunanların 23,5%-i əhatə edir. Bundan əlavə, fərdi uçot sistemində 30 yaşa kimi sığortaolunan vətəndaşlar 23,3%, 40-50 yaş aralığında olan sığortaolunanlar 22,8%, 50-60 yaş aralığında olan sığortaolunanlar 20,5%, 60 yaşdan yuxarı olan sığortaolunanlar isə 9,8 % təşkil edir.
Xatırladaq ki, 2006-cı ilin yanvar 1-dən tətbiq olunan «Əmək pensiyaları haqqında» qanuna əsasən, əmək pensiyaları fərdi hesaba toplanan pensiya kapitalına əsasən hesablanır.