Bank Of Baku

Azərbaycanda gənc alimlərin III respublika innovativ ideya yarmarkası keçiriləcək

Azərbaycanda gənc alimlərin III respublika innovativ ideya yarmarkası keçiriləcək
# 07 sentyabr 2013 09:54 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi və AMEA Gənclərin İntellektual İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə 16-20 sentyabr tarixlərində “Gənc alimlərin III respublika innovativ ideya yarmarkası”nı keçirəcək.

 

AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına uyğun olaraq keçiriləcək yarmarkanın açılışında dövlət qurumlarının, AMEA, Gənclər və İdman Nazirliyinin rəsmiləri, AMEA institutlarının direktorları, gənc alim və tədqiqatçılar iştirak edəcəklər.

 

Tədbir çərçivəsində “Davamlı innovativ inkişafın elmi-strateji əsasları gənc alimlərin tədqiqatlarında”, “Elmi gəncliyə sərmayə - gələcəyə sərmayə: gənc alimlərin yeni elmi-innovativ işlərinin təqdimatları”, “Azərbaycan elmində innovativ inkişafın müasir göstəriciləri - gənc alimlərin baxışları”, “Humanitar elmlərdə innovasiya” mövzularında konfrans, seminar, elmi-innovativ işlərin təqdimatlarının keçirilməsi nəzərdə tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR