Bank Of Baku

Azərbaycanda həkimlərin işə qəbul imtahanlarının ikinci mərhələsində 126 nəfər iştirak edəcək

Azərbaycanda həkimlərin işə qəbul imtahanlarının ikinci mərhələsində 126 nəfər iştirak edəcək
# 08 iyul 2013 15:01 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrasını təmin etmək məqsədilə Səhiyyə Nazirliyinin tabeçiliyində olan səhiyyə müəssisələrinə tibb işçilərinin vakant yerlərə qəbulu mərkəzləşdirilmiş qaydada aparılır. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Səhiyyə Nazirliyinin rəsmi internet səhifəsi vasitəsi elan olunmuş 38 ixtisas üzrə vakant yerlərə 250 müraciət daxil olub. Bunlardan 208 nəfəri imtahanlarda iştirak hüququ qazanıb. İmtahanların test mərhələsindən 126 nəfər məqbul alaraq ikinci, müsahibə mərhələsinə buraxılırlar.

 

Müsabiqənin nəticələri Səhiyyə Nazirliyinin rəsmi internet səhifəsində yerləşdiriləcək.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR