Bank Of Baku

Azərbaycanda İƏT-ə üzv ölkələrin əmək nazirlərinin iclası başlayıb - APA TV

Azərbaycanda İƏT-ə üzv ölkələrin əmək nazirlərinin iclası başlayıb - <span style="color: red;">APA TV
# 25 aprel 2013 07:27 (UTC +04:00)

APA-nın xəbərinə görə, iki gün davam edəcək konfransda dünyanın 50-dən çox İslam ölkəsinin əmək nazirləri iştirak edir. Konfransın məqsədi İƏT ölkələri arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üçün möhkəm zəmin yaratmaq, əmək potensialının yüksəltmək, işsizliyin səviyyəsini azaltmaq və əhalinin rifahını artırmaqdır.

 

Tədbiri giriş sözü ilə açan Səudiyyə Ərəbistanı Krallığının əmək nazirinin müavini Moffarej əl-Hoqubanin bildirib ki, əmək nazirlərinin birinci iclasından sonra İslam ölkələrində əmək bazarlarının inkişafı, işsizliyin aradan qaldırılması istiqamətində işlər görülüb, iş təminatı, təlimlə bazar arasında boşluqların aradan götürülməsi, özəl və dövlət sektorları arasında münasibətlərin yaradılması istiqamətində mühüm işlər görülüb: “Buna baxmayaraq, maliyyə və iqtisadi böhran İslam ölkələrinə də mənfi təsir edib. Bunun nəticəsində 5 il öncə işsizlik rekord hədə çatıb. Bunun nəticəsində İslam ölkələrində 200 mln. insan işsiz qalıb. İşsizlik gənclərə mənfi təsir edib və ərəb ölkələrində inqilabların baş verməsinə əsas təkan verib. İşsizliyin qarşısını almaq üçün layihələrin həyata keçirilməsi ölkələrdə inqilabi hərəkətlərə qarşı əsas mübarizə üsuluna çevrilib. Sağlam və təhlükəsizlik əmək mühitinin yaradılması əsas mübarizə üsuluna, sosial və iqtisadi inkişaf başlıca amilə çevrilməlidir. Kənd yerlərində insan kapitalından səmərəli istifadə edilməlidir”.

 

Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov isə tədbirin gündəliyi və əhəmiyyəti barədə qonaqlara məlumat verib. O bildirib ki, İslam həmrəyliyi şəraitində bir çox sahələrdə olduğu kimi, əmək və məşğulluq sahəsində də əməkdaşlığın gücləndirilməsi ölkələrimizdə dayanıqlı sosial-iqtisadi inkişafa mane olan problemlərin həllində əhəmiyyətli rol oynaya bilər: “Bunun üçün ən başlıca şərt olan qarşılıqlı etimad mühiti və siyasi iradə mövcuddur. İslam ölkələri arasında əmək və məşğulluq sahəsində əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsi məqsədilə ilk dəfə olaraq hazırkı Bakı görüşündə təqdim olunan Çərçivə sənədi, eyni zamanda Bakı Bəyannaməsi və qəbul ediləcək Qətnamənin müddəaları bizim ölkələrdə məhz qeyd olunan prinsiplər əsasında strategiyaların hazırlanması üçün mühüm əsas və güclü dəstək olacaq. Etibarlı iqtisadi platformanın qurulması üçün aparılan siyasətlərin səmərəsi onların yalnız İslam həmrəyliyi müstəvisində deyil, müvafiq beynəlxalq və milli təşkilatlarla əməkdaşlıq şəraitində, qabaqcıl təcrübələrdən istifadə olunmaqla həyata keçirilməsindən asılı olacaq. Əlbəttə, qarşıya qoyulan siyasi prioritetlərin icrası zamanı beynəlxalq təşkilatlarla əməkdaşlıqda maliyyə dəstəyinin rolu danılmazdır. Lakin bu dəstəyin daha çox inkişaf yönümlü və aktiv xarakterli sosial rifah proqramlarına yönəldilməsi daha məqsədəuyğundur”.

 

Qeyd edək ki, Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirin yekunu olaraq əmək nazirləri tərəfindən Bakı Çərçivə sənədi və Qətnamənin, həmçinin Bakı Bəyannaməsinin qəbul olunması nəzərdə tutulur. Qeyd olunan sənədlər İƏT-ə üzv ölkələrin əmək nazirlikləri arasında əməkdaşlıq prioritetlərini müəyyən etməklə, eyni zamanda bu əməkdaşlıq üzrə vahid əlaqələndirmə şəbəkəsinin yaradılmasını və bu əlaqələndirmə vəzifəsinin yaxın iki ildə Azərbaycan tərəfindən yerinə yetirilməsini nəzərdə tutur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR