Bank Of Baku

Azərbaycanda ilk dəfə olaraq orta məktəb dərsliklərinin elektron bazası yaradılıb

Azərbaycanda ilk dəfə olaraq orta məktəb dərsliklərinin elektron bazası yaradılıb
# 23 aprel 2013 13:42 (UTC +04:00)

Bu barədə APA-ya açıqlamasında TQDK-nın ümumtəhsil fənləri üzrə dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodiki monitorinqi şöbəsinin müdiri Afiqə Batıyeva məlumat verib. O bildirib ki, elektron bazada I-XI sinif dərsliklərin özü, dərslik müəllifləri, onların ixtisası, təcrübəsi haqqında məlumatlar öz əksini tapıb. A.Batıyeva vurğulayıb ki, bununla bağlı bütün nəşriyyatlara müraciət edilib və nəticədə müəlliflər haqqında bütün məlumatların toplandığı baza formalaşıb. Onun sözlərinə görə, bazaya dərsliyin neçənci ildə nəşr olunması, müəlliflərinin kim olması, ixtisası, təhsili, təcrübəsi, həmçinin ekspertlər barədə məlumatlar daxil edilib: “Bundan əlavə, komissiya tərəfindən aparılan monitorinq nəticəsində hər bir dərslik barədə olan yekun rəylərin hamısı bu bazada əks olunub. Bir sözlə, bu vaxta kimi I-XI siniflər üzrə respublikada istifadə olunan dərsliklərin 90 faizi haqqında bazada məlumat var. Bir neçə dərsliklər əvvəlki illərin nəşrləri olduğundan və bəzi müəlliflər rəhmətə getdiyindən onlar barədə məlumatlar yoxdur. Elektron bazada yalnız bir neçə nəfər müəllif ola bilər ki, onlar barədə məlumat olmasın. Zamanla bu məsələlər aradan qaldırılacaq. Yeni baza bizə imkan verəcək ki, gələcəkdə dərsliklərlə bağlı müşahidə və monitorinq aparan zaman bütün məlumatlar vahid mərkəzdən əldə olunacaq”.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR