Bakı. Könül Kamilqızı – APA. Bu il Azərbaycanda ilk dəfə olaraq qəbul aparılacaq İnformasiya Texnologiyaları Universitetindəki plan yerlərinin sayı açıqlanıb. APA-nın xəbərinə görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədr müavini Namiq Babayev deyib ki, İnformasiya Texnologiyaları Universitetinə bu il 60 plan yeri nəzərdə tutulub.
Qeyd edək ki, İnformasiya Texnologiyaları Universiteti prezident İlham Əliyevin 1 fevral tarixli sərəncamına əsasən yaradılıb və bu ilin sentyabrından fəaliyyətə başlayacaq.