Bank Of Baku

Azərbaycanda kişi və qadınların sayı açıqlanıb

Azərbaycanda kişi və qadınların sayı açıqlanıb
# 13 iyul 2013 09:18 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Ölkə əhalisinin sayı ilin əvvəlindən 55,3 min nəfər artaraq 2013-cü il iyul ayının 1-i vəziyyətinə 9411,8 min nəfərə çatıb.

 

Dövlət Statistika Komitəsindən APA-ya verilən xəbərə görə, əhalinin sıxlığı bir kvadrat kilometrə 109 nəfər olub. Əhalinin 53,1 faizi şəhər, 46,9 faizi kənd yerlərində yaşayır, 49,7 faizi kişilərdən, 50,3 faiz qadınlardan ibarətdir. Əhalinin 22,3 faizi 0-14 yaşda, 71,9 faizi 15-64 yaşda, 5,8 faizi isə 65 və yuxarı yaşda olanlardır. Hazırda hər 1000 kişiyə 1013 qadın düşür. 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR